AZ

Naxçıvanda ötən il Dövlət Proqramı üzrə 50,2 mln. manat vəsait cəlb olunub

Bakı. Trend:

2025-ci ildə Naxçıvan Muxtar Respublikasında Dövlət Proqramıüzrə iayrılmış ümumi vəsaitin 43 milyon manatı və ya 86 faizixərclənib.

Trend-inməlumatına görə, 2025-ci ildə Naxçıvan Muxtar RespublikasındaDövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsiüçün müxtəlif istiqamətlər üzrə ümumilikdə 50,2 milyon manat vəsaitcəlb olunub.

Məlumata əsasən, bu vəsaitin 27,5 milyon manatı AzərbaycanRespublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli Sərəncamıilə dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiyaxərcləri) hesabına, 1 milyon manatı Azərbaycan RespublikasıPrezidentinin 2025-ci il 22 may tarixli Sərəncamı ilə PrezidentinEhtiyat Fondundan, 9,1 milyon manatı Naxçıvan Muxtar Respublikası 4Nazirlər Kabinetinin 2025-ci il 10 fevral tarixli Sərəncamı iləavtomobil yollarının əsaslı və cari təmiri üçün nəzərdə tutulmuşvəsaitdən, 7,3 milyon manatı Naxçıvan Muxtar Respublikası NazirlərKabinetinin 2025-ci il 12 fevral tarixli Sərəncamı ilə dövlətəsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulmuşvəsaitdən, 3,7 milyon manatı Naxçıvan Muxtar Respublikasının“Avtomobil Yolları” Məqsədli Büdcə Fondundan, 165 min manatı isəNaxçıvan Muxtar Respublikasının Ehtiyat Fondundan ayrılıb.

Bildirilir ki, Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadiinkişafının sürətləndirilməsi, müasir tələblərə cavab verəninfrastrukturun qurulması və regionun uzunmüddətli, dayanıqlıinkişafının təmin olunması məqsədilə 2025-ci il üzrə investisiyalayihələri çərçivəsində genişmiqyaslı tədbirlərin həyatakeçirilməsi nəzərdə tutulub. Bu çərçivədə ümumilikdə 30 müxtəlifinfrastruktur və sosialyönümlü tədbirin icrası planlaşdırılıb.

“Həmin tədbirlər regionun iqtisadi potensialının artırılmasına,əhalinin həyat şəraitinin yaxşılaşdırılmasına, kommunal vənəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, eləcə dəregionun investisiya cəlbediciliyinin artırılmasına xidmət edib.2025-ci ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin əsaslı vəsaitqoyuluşu xərcləri çərçivəsində ümumilikdə 22 milyon manat vəsaitayrılıb. Layihələrin icrası üçün ayrılmış vəsaitin 99 faizi, yəni21,8 milyon manatı bağlanılmış müqavilələr üzrə xərclənib”, -məlumatda qeyd edilib.

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr