AZ

Qohum evliliyi edənlərə necə baxırsız? - Bakı sakinləri bu suala QƏZƏBLƏNDİ

Məlum olduğu kimi, ötən ilin iyulun 1-dən etibarən Azərbaycanda qohum evlilikləri qadağan olunub. Bu qərar cəmiyyətin sağlamlığının, eləcə də gələcək nəsillərin genetik risklərdən qorunmasına hesablanıb. Lakin buna baxmayaraq, hələ də bəzi bölgələrdə gizli şəkildə qohum evliliklərinin aparılması ilə bağlı məlumatlar yayılır. Son olaraq Ağcabədi rayonunun Avşar kəndində iki bacının övladlarının – xalaoğlu və xalaqızının evlənməsi barədə məlumat yayılıb. Bildirilir ki, toy mərasimi martın 27-də keçirilib.

Bəs niyə qohum evliliklərinin qarşısını almaq mümkün deyil?

TV Musavat-ın əməkdaşları bu sualla Bakı sakinlərinə müraciət edib, onların rəyini öyrənib.

Hazırladığımız videosorğunu təqdim edirik:

Xalidə Gəray
Rafət Şahbazov
Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr