AZ

Güclü qar bəzi yolları bağlayıbVİDEO

Xınalıq yolunun bəzi ərazilərində qarın hündürlüyü 4 metrə çatıb.

Xezerxeber.az-ın məlumatına görə, Qubaya yağan qar yolları bağlayıb.

Rayonun Buduq kəndi ilə yanaşı, Xınalıq, Haput, Zeyid, Qalaxudat, Əlik, Cek və digər dağ kəndlərinə də qar yağıb. Qar Buduq və Xınalıq kəndlərində daha intensiv yağıb. Qrız kəndi ilə nəqliyyat əlaqəsi kəsilib. Kənd sakinləri artıq bir neçə gündür rayona nə gedə, nə də geri qayıda bilirlər.

Hazırda Avtomobil Yolları Dövlət Agentliyinin 9 nömrəli Xüsusi Təyinatlı İdarəsinin texnikaları əraziyə cəlb olunub. Artıq 3 gündür ki, yolların təmizlənməsi istiqamətində işlər aparılır. Qrız kəndi ilə yanaşı, Bostankeş və Xınalıq kəndlərinə gedən yolların açılması üçün tədbirlər görülür. Bostankeş və Xınalıq kəndlərinə alternativ yollar açıq olsa da, Qrız kəndinə gedən əsas yol hələ də bağlı qalır.

Qeyd edək ki, şimal-qərb bölgəsində də qeyri-sabit hava şəraiti davam edir. Yağıntılar səbəbindən çaylarda suyun səviyyəsi artıb. Qax rayonunun Sarıbaş və İlisu kəndlərində iki gündür qar yağır. Sarıbaş kəndində qarın hündürlüyü artıq 40 santimetrə çatıb. Oğuz rayonunun mərkəzindən 45 kilometr məsafədə yerləşən filfilli kəndinə də gecə saatlarında qar yağıb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
19
xezerxeber.az

1Mənbələr