Qırğızıstanda Milli Təhlükəsizik Komitəsininn keçmiş sədr müavinləri Timur Şabdanbekov və Daniel Rısaliyev saxlanılıb.
Musavat.com gazeta.uz saytına istinadla xəbər verir ki, onlar vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiyada şübhəli bilinirlər. Hər iki təhlükəsizlik məmuru MTK rəhbəri Kamçıbek Taşiyevin işdən çıxarılmasından sonra istefa vermişdilər.
Kaktus.media təhlükəsizlik qüvvələrindəki mənbələrə istinadən xəbər verir ki, Timur Şabdanbekovdan əlavə, bu işdə MTK-nin bir neçə keçmiş və hazırkı əməkdaşı da saxlanılıb.
Onlardan biri də MTK-nin keçmiş rəis müavini Daniel Rısaliyev olub, ancaq o, korrupsiya ilə əlaqəli cinayətlərdə şübhəli bilinsə də, Bişkekdəki Pervomayski rayon məhkəməsi tərəfində ev dustaqlığına buraxılıb.
Qırğızıstan prezidenti Sadır Japarov 10 fevral 2026-cı ildə Daniel Rısaliyevi, 17 fevral 2026-cı ildə isə Timur Şabdanbekovu vəzifələrindən azad edib. Bu, 2020-ci ildən bəri agentliyə rəhbərlik edən Milli Təhlükəsizlik Komitəsinin rəhbəri Kamçıbek Taşiyevin vəzifədən azad edilməsindən dərhal sonra baş verib. Vəzifəsindən götürülən və hazırda məsuliyyətə cəlb edilən şəxslər K.Taşiyevin komandasının üzvləridirlər.
Qeyd edək ki, bu ilə qədər Qırğızıstanda president Sadir Japarov və Kamçıbek Taşiyevi ayrılmaz dostlar hesab edirdilər, hətta onları “iki qardaş” adlandırırdılar. Ancaq sonra saray daxilində nə baş verdisə, onların yolları ayrıldı.
Musavat.com