ain.az bildirir, Bizimyol portalına istinadən.
İlin ilk iki ayında ölkəyə gələn turistlərlə bağlı statistika açıqlanıb. Məlum olur ki, keçən ilin eyni dövrü ilə müqayisədə sayda azalma qeydə alınıb. Dövlət Sərhəd Xidmətinin məlumatına görə, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycana 163 ölkədən 337,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Göstərici keçən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz azdır.
Bizimyol.info xəbər verir ki, körfəz ölkələrindən gələnlərin sayının 11 faiz azaldığı qeyd olunur. Məhz ərəb dövlətlərinin vətəndaşlarının bizim ölkəyə marağının azalması ümumi statistikaya ciddi təsir göstərib. Halbuki yanvar-fevral aylarında bəzi istiqamətlərdən gələnlərin sayında artım var. Məsələn, Avropa İttifaqına üzv ölkələrdən və MDB məkanından Azərbaycana keçən ilin eyni dövrü ilə müqayisədə daha çox üz tutan olub.
Əvvəlcə ilin ilk iki ayı barədə danışaq. Azalma gözlənilən idi. Çünki xüsusilə körfəz ölkələrinin vətəndaşları Azərbaycana əvvəlki qədər maraq göstərmir. Burada lazımi infrastrukturla qarşılaşmamaq, xidmət səviyyəsinin aşağı olması, qiymətlərin xeyli artması əsas rollardan birini oynayır. Ənənəvi yanaşma - ərəb dövlətlərindən gələnlərə daha bahalı xidmət təklif etmək də özünün göstərir. Nəticədə qonşu ölkələrə, xüsusilə Gürcüstana axın artır.
Hələ mart statistikası açıqlanmayıb. Görün bizi irəlidə necə aşağı göstəricilər gözləyir. Unutmayaq ki, İranda döyüşlər fevralın 28-də başlayıb. Martdan Azərbaycanda turizm can verir. Çünki xüsusilə körfəz ölkələrindən bura səfərlər Qonşu dövlətin hava məkanından həyata keçirilir.
Ümumiyyətlə, bölgədə böyük müharibənin olması turizmə ağır zərbə endirib. Bakının mərkəzində belə, əcnəbilər az gözə dəyir. Qəbələnin, Qusarın turizm obyeklərində böyük boşluq nəzərə çarpır. Sahibkarlar çox ağır günlər keçirir. Müharibə davam etdikcə böhran bir az da dərinləşəcək.
Aytən, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.