Çində elektrik avtomobilləri üçün nəzərdə tutulmuş ən böyük dayanacaqda yanğın baş verib.
İnterpress.az xəbər verir ki, bu barədə Çin KİV-ləri məlumat yayıb.
Çinin Şençjen şəhərində dünyanın ən böyük elektrik avtomobili istehsalçısı olan “BYD” şirkətinə məxsus çoxmərtəbəli dayanacaqda yanğın qeydə alınıb.
Alov sınaqdan keçirilən və artıq istismardan çıxarılmış avtomobillərin saxlanıldığı qarajı əhatə edib.
Şirkətdən verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Yanğına səbəb kimi podratçı şirkətlərdən birinin avadanlıqların sökülməsi zamanı təhlükəsizlik qaydalarını ciddi şəkildə pozması göstərilir.
Xuraman Etibarlı
İnterpress.az