AZ

Ötən il BƏƏ-dən Azərbaycana yatırılan investisiyaların həcmi məlum oldu

Bakı. Trend:

2025-ci ildə Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana birbaşaxarici investisiyaların həcmi 404,799 milyon ABŞ dolları təşkiledib.

Bu barədə TrendAzərbaycan Mərkəzi Bankına istinadla məlumat verir.

Məlumata görə, bu göstərici 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 85,357 milyon ABŞ dolları və ya 17,4% azdır.

2025-ci ildə BƏƏ-dən gələn investisiyaların Azərbaycanın ümumibirbaşa xarici investisiyalarındakı payı 6,1% təşkil edib.

Qeyd edək ki, 2025-ci ildə Azərbaycanın iqtisadiyyatına qoyulanbirbaşa xarici investisiyaların ümumi həcmi 6,595 milyard ABŞdollarını ötüb. Bu, 2024-cü ilin göstəricisi ilə müqayisədə 450,9milyon ABŞ dolları və ya 6,4% azdır.

Eyni zamanda, hesabat dövründə Azərbaycandan xarici ölkələriniqtisadiyyatlarına qoyulan birbaşa xarici investisiyaların həcmi2,528 milyard ABŞ dolları təşkil edib ki, bu da 2024-cü ilingöstəricisi ilə müqayisədə 765,4 milyon ABŞ dolları və ya 43,4%çoxdur.

Məqalədə:
Seçilən
19
az.trend.az

1Mənbələr