AZ

İsmayıllı xəstəxanasında pasiyent sıxlığı yaşanır - Səbəb nədir?VİDEO

İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında son günlər vətəndaş sıxlığı müşahidə olunur.

Xezerxeber.az-ın məlumatına görə, sıxlıq səbəbindən şəkər xəstələri həkim qəbuluna düşə bilmirlər.

“Xəzər Xəbər”in vatsap qaynar xəttinə müraciət edən vətəndaş şəkər həkiminin yoxlanışına girməkdə çətinlik çəkdiyini bildirir.

Rayon sakinlərinin sözlərinə görə, dövlət tərəfindən dərmanlar vaxtında verilir, lakin onların paylanması zamanı saatlarla növbədə qalmalı olurlar.

Digər problem isə xəstəxanada otaqların kiçik olması və bir neçə həkimin eyni otaqda fəaliyyət göstərməsidir. Bu amil də qəbul prosesini ləngidir və növbələrin artmasına gətirib çıxarır.

Məsələ ilə bağlı İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından “Xəzər Xəbər”ə bildirlib ki, bəzi gün və saatlarda müraciətlərin sayında artım müşahidə olunur.Vətəndaşların eyni vaxt aralığında kütləvi şəkildə müraciət etməsi pik saatlarda sıxlığın yaranmasına səbəb olur. 2020-ci ildən etibarən xəstəxanada icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar böyüklər və uşaqlar üçün nəzərdə tutulmuş poliklinika şöbələri birləşdirilmişdir. Bununla yanaşı, həkim qəbulu üçün ayrılmış otaqların sayının məhdud olması, gözləmə və foye sahələrinin nisbətən dar olması, eləcə də bəzi pasiyentlərin növbə qaydalarına tam riayət etməməsi sıxlığın artmasına təsir göstərir. Gün ərzində xəstəxanaya orta hesabla 500-600 nəfər müraciət edir. Pasiyentlərin bir hissəsinin bir neçə xidmət növündən istifadə etməsi ümumi axının artmasına və nəticədə növbələrin yaranmasına səbəb olur.Vətəndaşlara daha operativ xidmət göstərilməsi üçün elektron növbə sistemi tətbiq edilir. Bu sistem növbələrin daha səmərəli idarə olunmasına və gözləmə müddətinin azaldılmasına imkan yaradır. Hazırda sıxlığın azaldılması və xidmət keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə əlavə təşkilati tədbirlər görülməkdədir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
22
1
xezerxeber.az

2Mənbələr