Bakının Nəsimi rayonu, Rəşid Behbudov və Süleyman Süleyman Rəhimov küçəsinin kəsişməsində yol çöküb, nəqliyyatın hərəkəti çətinləşib.
Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən gün baş verib.
Hərəkətin intensiv olduğu yolda çökmə yaranan kimi ərazi təhlükəsizlik lenti ilə bağlanıb.
Bağlanan ərazidə nəqliyyatın hərəkətində çətinlik yaranıb. Səhər saatlarında isə həmin ərazidə təmir-bərpa işlərinə başlanıb.
Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, təmir-bərpa işləri kiçik sahədə aparılır və tez bir zamanda təmir yekunlaşacsaq.
Qeyd edək ki, yolun yeni asfalt vurulan hissəsində cizgi xətlərinin yenidən çəkilməsi işləri də aparılacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.