Bakı. Trend:
Azərbaycan ABŞ ilə tərəfdaşlığını Asiya və Avropa arasındanəqliyyat əlaqəsinin inkişaf etdirilməsi üçün əsas layihələrinirəliləməsində əsas amil kimi görür.
Trend xəbər verirki, bunu Azərbaycan Respublikası Prezidentin xüsusi tapşırıqlarüzrə nümayəndəsi Elçin Əmirbəyov Çexiya mediasına müsahibəsindəbildirib.
"Donald Trampın ikinci prezidentlik müddəti Azərbaycanlaikitərəfli münasibətlərdə yeni bir fəsil açdı. Bu gün demək olarki, bu münasibətlər keyfiyyət və miqyas baxımından zirvəyə çatıb",-o deyib.
E. Əmirbəyovun sözlərinə görə, tərəflər geniş sahələri əhatəedən Strateji Tərəfdaşlıq Xartiyası imzalayıblar.
"Bu, Azərbaycan və ABŞ arasında kifayət qədər geniş sahələriəhatə edən Strateji Tərəfdaşlıq Xartiyasıdır. Əlbəttə ki, busahələr qarşılıqlı anlaşma və hər iki tərəfin maraqları əsasındaseçilib", o qeyd edib.
E. Əmirbəyov əlavə edib ki, ABŞ Azərbaycanla Ermənistan arasındasülhün bərqərar olması səylərinə də töhfə verib.
"Bu münasibəti çox vacib edən ikinci element, ABŞ və hazırkıadministrasiyanın Azərbaycanla Ermənistan arasında sülhüntəşviqində oynadığı müsbət roldur", - o bildirib.
E. Əmirbəyov vurğulayıb ki, siyasi qarşılıqlı fəaliyyət vəsülhməramlı səylərlə yanaşı, tərəfdaşlıq yeni nəqliyyatmarşrutlarının inkişaf etdirilməsinə yönəlib.
"Lakin bu, yeganə məsələ deyil. Məqsəd gələcəkdə Şərqi AsiyanıXəzər dənizi və Cənubi Qafqaz vasitəsilə Qərbi Avropa iləbirləşdirəcək yeni və ya alternativ bir əlaqə yolu yaratmaqdır", -o qeyd edib.
"Bütün bu amillər bir araya gəldikdə, bu münasibətlərinAzərbaycan üçün əhəmiyyəti daha aydın olur. Biz bu müsbət impulsudavam etdirmək niyyətindəyik", - E. Əmirbəyov əlavə edib.