AZ

Nikol Kidman ölüm dulası olmağa qərar verib...

...Hollivud aktrisası və “Oskar” mükafatı laureatı Nikol Kidman yeni bir peşə - ölüm dulası olmağı planlaşdırdığını açıqlayıb.

SİA-nın məlumatına görə, o, bunu San-Fransisko Universitetində çıxışı zamanı elan edərək, artıq təlimə başladığını qeyd edib.

...Ölüm dulaları xəstəliyin son mərhələlərində olan insanlara yoldaşlıq edir və onlara və yaxınlarına qorxu, narahatlıq və emosional sıxıntıların öhdəsindən gəlməyə kömək edir. Tibb işçilərindən fərqli olaraq, onlar psixoloji və mənəvi dəstəyə diqqət yetirirlər.

Kidman bu qərarı verməyə şəxsi faciəsinin - 2024-cü ildə anasının ölümünün ilham verdiyini söylədi.

Aktrisa etiraf etdi ki, anasının son günlərində özünü tənha hiss edib və ailəsi kömək etmək istəsə də, daim yanında ola bilməyib.

Bu təcrübə Kidmanı ömrünün sonuna dəstək verilməsinin vacibliyi barədə düşünməyə vadar edib. O, bu yeni istiqamətə müvəqqəti hobbi kimi deyil, şəxsi inkişafının bir hissəsi və insanlara ən çətin anlarında kömək etmək yolu kimi baxdığını vurğulayıb.

Kidman bu sahə ilə maraqlanan yeganə kino sənayesi nümayəndəsi deyil.

Rejissor Xloe Zhao əvvəllər oxşar bir təcrübədən danışmış və bunu ölüm qorxusunu dəf etmək və onunla daha sağlam münasibət qurmaq istəyi kimi izah etmişdir.

Nazlı Almuradova

Seçilən
22
1
sia.az

2Mənbələr