Azərbaycanda müşahidə olunan qeyri-sabit hava sabah da davam edəcək.
Milli Hidrometerologiya Xidmətindən “Xəzər Xəbər”ə bildirilib ki, ölkə ərazisinin bəzi yerlərində yağıntılı, eyni zamanda bir sıra bölgələrdə qarlı hava müşahidə edilir. Xüsusən Balakən-Şəki bölgəsində yağıntılar intensiv xarakterlidir.
Xezerxeber.az-ın məlumatına görə, sabah gündüzədək Bakıda və Abşeron yarımadasında ayrı-ayrı yerlərdə yağış yağacağı, bölgələrdə isə dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur.
Aprelin 16-sı və 17-sində Bakıda və Abşeron yarımadasında, elcə də bölgələrdə havanın sabitləşcəyi, gün ərzində əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarmadasında 13-18, rayonlarında 15-20, dağlıq ərazilərdə isə 5-10 dərəcə isti olacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.