AZ

İsrail və Livan arasında birbaşa danışıqlar başladı

Vaşinqtonda İsrail və Livan nümayəndələri arasında birbaşa danışıqlar başlayıb. Metbuat.az xəbər verir ki, ABŞ Dövlət Departamentinin binasında keçirilən görüşlərdə hər iki ölkənin nümayəndələri ilə yanaşı, bir sıra yüksək vəzifəli ABŞ rəsmiləri də iştirak edib. Görüşün əvvəlində açıqlama verən ABŞ Dövlət Katibi Marko Rubio iki ölkə arasındakı problemlərin bir toplantıda həll olunmayacağını, lakin bu görüşün son dərəcə vacib olduğunu qeyd edib.

ABŞ Dövlət Katibi Livan xalqının İranın təcavüzünün qurbanı olduğunu iddia edərək, bu məsələni hərtərəfli şəkildə həll etməklə uğur əldə etməyə ümid etdiklərini vurğulayıb.

Seçilən
9
metbuat.az

1Mənbələr