Ermənistanda hərbi qulluqçu poliqonda aldığı güllə yarasından ölüb.
"Unikal" bu barədə Ermənistan KİV-ə istinadən xəbər verir.
Bildirilir ki, hadisə günorta saatlarında baş verib. 19 yaşlı əsgər N.A. paytaxt xəstəxanasına aparılarkən yolda həyatını itirib.
Fakt üzrə cinayət işi başlanılıb, hadisənin səbəbləri araşdırılır.