AZ

Respublika Diaqnostika Mərkəzində kadr dəyişikliyi

Bakı. Trend:

Respublika Diaqnostika Mərkəzinin PR və Marketinq Şöbəsininrəhbəri Samir Oruc vəzifəsindən ayrılıb.

Trend-inməlumatına görə, o, bu vəzifəyə ötən ilin avqust ayında təyinolunub.

Hazırda sözügedən vəzifəyə yeni təyinat həyata keçirilməyib.

Qeyd edək ki, S.Oruc müxtəlif dövrlərdə ARB TV və AzTVkanallarında müxbir kimi fəaliyyət göstərib.

O, həmçinin Liv Bona Dea Hospital xəstəxanasında İctimaiyyətləƏlaqələr Şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Seçilən
15
az.trend.az

1Mənbələr