AZ

Müəllim minatəmizləmə əməliyyatına qoşuldu, partlayışda həlak olduVİDEO

Füzlidə mina partlayışı zamanı ANAMA əməkdaşı dünyasını dəyişib.

Xezerxeber.az-ın məlumatına görə, bu gün Füzuli rayonunun işğaldan azad edilmiş Aşağı Əbdürrəhmanlı kəndi ərazisində minatəmizləmə əməliyyatı həyata keçirilən zaman mina partlayışı baş verib. Partlayış zamanı ANAMA əməkdaşı, 31 yaşlı Muğan Mətili həyatını itirib.

Yaxınları bildirilər ki, ixtisasca musiqi müəllimi olan Muğan Mətili torpaqların minalardan təmizlənməsində rolu olması üçün ANAMA sıralarına qatılıb.

Faktla bağlı araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
8
xezerxeber.az

1Mənbələr