“Bornmut”un baş məşqçisi Andoni İraola mövsüm başa çatdıqdan sonra komandadan ayrılacaq.
90deqiqe.Az xəbər verir ki, bu barədə klub rəsmi səhifələri vasitəsilə məlumat yayıb.
Mütəxəssis üç il ərzində komandanın baş məşqçisi olub. İraola klubda çalışdığı dövrü yüksək qiymətləndirib:
“Belə bir kluba rəhbərlik etmək mənim üçün şərəf idi. Birlikdə əldə etdiklərimizlə fəxr edirəm”, – deyə o bildirib. İraola həmçinin komandanın azarkeşlərinə və futbolçularına təşəkkür edib.
Qeyd edək ki, “Bornmut” İngiltərə çempionatının cari mövsümündə 10 qələbə qazanıb, 7 dəfə məğlub olub, 15 görüşdə isə heç-heçə edib. Komanda 45 xalla turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.
Növbəti turda İraolanın komandası səfərdə “Nyukasl”la üz-üzə gələcək. Qarşılaşma 18 aprel tarixində keçiriləcək.