AZ

Orban getdi, vetosu qaldı – Kiyev Aİ-dən 90 milyardı tezliklə ala bilməyəcək

Avropa Komissiyası Macarıstan və Slovakiya tərəfindən qoyulmuş veto hələ götürülmədiyindən 90 milyard avroluq ilk maliyyələşdirmə tranşlarını Kiyevə vermək planlarını 2026-cı ilin ikinci yarısına qədər təxirə salıb.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Bala Uyvari Brüsseldə keçirilən brifinqdə bildirib.

"Avropa Komissiyası bu proqram çərçivəsində ilk ödənişləri ilin ikinci yarısında təmin etmək planlarına sadiq qalır", - deyə o, Viktor Orbanın Macarıstanda keçirilən parlament seçkilərində uğradığı məğlubiyyətin 2026 və 2027-ci illər üzrə Ukrayna üçün nəzərdə tutulmuş 90 milyard avroluq büdcə və hərbi maliyyələşdirmə proqramının tez bir zamanda blokdan çıxarılmasına imkan verib-verməyəcəyi ilə bağlı suala cavab olaraq bildirib.

Məlum olduğu kimi, Macarıstanin baş naziri Viktor Orban Aİ tərəfindən Ukraynaya ayrılmış maliyyə vəsaitlərinə veto qoymuşdu. Seçkilərdə qalib gəlmiş Peter Macar isə həmin vetonu geri götürəcəyini vəd edib. Bununla yanaşı, Slovakiya da Macarıstanla birlikdə Ukraynanin Aİ-dən kredit almasına əngəl törədir.

Avropa Komissiyası isə əvvəllər ilk vəsaitlərin 2026-cı ilin aprelində Kiyevə köçürülməli olduğunu bildirmişdi.

Musavat.com

Seçilən
19
musavat.com

1Mənbələr