AZ

Binəqədinin mərkəzi yolunda təhlükəli vəziyyət var - Tədbir görüləcəkmi?VİDEO

Hər gün xaotik vəziyyətin hökm sürdüyü yolda təhlükəli vəziyyət var.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Binəqədinin mərkəzi kimi tanınan ərazidən gedir.

Həmin yolda mütəmadi istifadə edən şəxslər deyirlər ki, əraziyə yaxın məktəbin olması təhlükəni artırır. Hətta bir neçə gün öncə yeni bir qəza olub. Sakinlər təhlükəsizliyin artırılması üçün əlavə tədbirlərin görülməsini istəyirlər. Onlar ərazidə işıqfor, piyada zolağı və digər infrastrukturun yaradılmasıni vacib hesab edirlər.

Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə nəqliyyat şəraitinin obyektiv qiymətləndirilməsi məqsədilə müşahidələr və pik saatlarda nəqliyyat intensivliyinin ölçülməsi aparılır. Təhllilər nəticəsində yol hərəkəti təşkilinin vəziyyəti, münaqişəli nöqtələr və piyadaların hərəkət şəraiti qiymətləndirilir. Monitorinqin nəticələrinə uyğun olaraq təklif layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndəriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
11
2
xezerxeber.az

3Mənbələr