ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Dolu yağmağa başlayan kimi sürücülər sürəti dərhal azaltmalı və mümkün qədər təhlükəsiz yerə sığınmalıdırlar. Hərəkətdə olan avtomobil dolu dənələri ilə daha sürətli toqquşur və bu da şüşələrin qırılma ehtimalını artırır.Demokrat.az xəbər verir ki, əgər yaxınlıqda körpü altı və ya yanacaqdoldurma məntəqəsi kimi qapalı məkan yoxdursa, maşını yolun kənarına çəkib dayanmaq lazımdır.Dayandıqdan sonra qəza işıqlarını yandırmaq və digər sürücüləri xəbərdar etmək vacibdir. İri dolu dənələri düşdüyü halda sürücü və sərnişinlər ön şüşədən uzaq durmalı, salonun ortasına doğru əyilərək üzlərini qorumalıdırlar. Avtomobilin salonundakı ayaqaltı rezinlər və ya baqajdakı qalın parçalar ön şüşənin üzərinə qoyularsa, zədələrin qarşısını müəyyən qədər almaq olar. Dolu yağanda avtomobildən bayıra çıxmaq məsləhət görülmür, çünki bu, insanda ciddi fiziki xəsarətlərə yol aça bilər.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.