Bakı. Trend:
Məhkəmədə xəstəliyə görə cəzadan azad etmə ilə bağlımüraciətlərdə məhkumun mövqeyi onun iclasa gəlməsi, zərurət olduqdavideokonfrans formatında iştirakı ilə dəqiqləşdirilməlidir.
Trend-in əldəetdiyi məlumata görə, bu barədə Azərbaycan Respublikasının rayon(şəhər) və apellyasiya məhkəmələrinə göndərilən tövsiyədəbildirilib.
Vurğulanıb ki, xəstəliyə görə cəzanı çəkməkdən azad etməinstitutunun tətbiqi zamanı məhkumun sağlamlıq vəziyyəti və onuncəzanı faktiki çəkmək imkanının olub-olmaması nəzərə alınır.
Bununla da cinayət törətdikdən sonra cəzanın çəkilməsinə maneolan ağır xəstəliyə düçar olan şəxs cəzadan azad edilir.
Təcrübə göstərir ki, bəzi hallarda xəstəliyə görə cəzanıçəkməkdən azad etmə barədə məhkum, onun müdafiəçisi və ya qanuninümayəndəsi tərəfindən edilmiş müraciətlərə məhkumun xəstəliyinitəsdiq edən sənədlər əlavə olunmur.
Həmçinin, müraciətlə bağlı mövqeyinin dəqiqləşdirilməsi üçünməhkumun məhkəmə iclasında bilavasitə iştirakı təmin olunmadan vəya iştirakı ilə bağlı məsələ lazımi qaydada həll olunmadan onuncəzanın çəkilməsinə mane olan ağır xəstəliyə düçar olub-olmamasıilə bağlı həkim komissiyasının rəyinin alınması üçün tibbişəhadətləndirilmə barədə qərar qəbul olunur.
Bildirilib ki, bu da sui-istifadə hallarının yaranmasına, ocümlədən əsassız müraciətlər nəticəsində zəruri olmayantəxliyələrin həyata keçirilməsinə və əlavə tibbi müayinələrinaparılmasına səbəb olur.
Qeyd edilib ki, göstərilənləri nəzərə alaraq məhkəmələrəaşağıdakılar tövsiyə olunur:
- xəstəliyə görə cəzanı çəkməkdən azad etmə barədə məhkum, onunmüdafiəçisi və ya qanuni nümayəndəsi tərəfindən verilmiş ərizələrləəlaqədar işin hallarının tam, hərtərəfli və obyektivaraşdırılma;
- müdafiəçinin və ya qanuni nümayəndənin ərizələrinə dairməhkumun mövqeyinin dəqiqləşdirilməsi üçün həmin müraciətlərəməhkum edilmiş şəxslərin iştirakı ilə baxılması;
- səhhətinin vəziyyəti məhkumun məhkəmə iclasında bilavasitəiştirak etməsinə imkan vermədikdə videokonfrans əlaqə sistemindənistifadə olunması;
- müraciətə məhkumun iddia edilən xəstəliyə düçar olduğunu təsdiqedən tibbi sənədlərin əlavə olunmadığı aşkar edildikdə belənatamamlığın cəzanı icra edən müəssisə və orqanlardan həminsənədlər tələb edilməklə aradan qaldırılması.