Yazını böyüt
Yazını kiçilt
Xavyer Maskerano "İnter Mayami"nin baş məşqçisi vəzifəsindən ayrılıb.
Hafta.az xəbər verir ki, bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb. 2025-ci ilin əvvəlindən komandanı çalışdıran argentinalı mütəxəssisin klubla müqaviləsi 2028-ci ilə qədər qüvvədə idi.
Xatırladaq ki, "İnter Mayami" ötən mövsüm pley-offda çempion olsa da, cari mövsümdə Şərq Konfransında üçüncü pillədə qərarlaşıb.