AZ

Kişi voleybolçular arasında finalçılar bəlli oldu

Kişi voleybolçular arasında Yüksək Liqada finalçılar müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyunlarında “Xilasedici” “Murov Az Terminal” üzərində üstünlüyünü bir daha təsdiqləyib. İlk görüşdə olduğu kimi, ikinci matçda da rəqibini 3:0 hesabı ilə məğlub edən komanda finala vəsiqə qazanıb.

Digər yarımfinal cütündə “Ordu” və “Neftçi” qarşılaşıb. Gərgin keçən oyunda “Ordu” 3:2 hesablı qələbə qazanaraq həlledici mərhələyə yüksəlib.

Beləliklə, finalda “Xilasedici” və “Ordu” komandaları üz-üzə gələcək.

Seçilən
32
90deqiqe.az

1Mənbələr