Futbol üzrə qadınlardan ibarət Azərbaycan milli komandası DÇ-2027-nin seçmə mərhələsi çərçivəsində növbəti oyuna çıxıb.
Msport.az xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv səfərdə Andorra yığması ilə qarşılaşıb.
Oyun millimizin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın heyətində Sevinc Cəfərzadə dubl edib. Digər qolun müəllifi isə son saniyələrdə Esra Manya olub.
Millimiz 3 oyundan sonra 6 xalla qrupda 2-ci yeri tutur. Qrupa 3 oyundan 7 xal toplamış Macarıstan komandası başçılıq edir. Şimali Makedoniyanın 3, Andorranın isə 1 xalı var.
Andorra – Azərbaycan 1:2
Qollar Morato, 12 – Cəfərzadə, 15, 50-pen, Manya, 90+5