AZ

Daşınmaz əmlakın sığortası belə hesablanacaq -

2025-ci il ərzində Azərbaycanda tikinti sektorunda aktivliyin qorunduğunu göstərən iqtisadi dinamika müşahidə olunub. Sektorun yaratdığı əlavə dəyərdə cüzi azalma qeydə alınsa da, məşğulluq və investisiya göstəricilərində artım davam edib.Metbuat.azKredit.az-a istinadən xəbər verir ki, Azərbaycan Mərkəzi Bankının 2025-ci il üzrə “Maliyyə sabitliyi hesabatı”na əsasən, tikinti sektorunun nominal ÜDM-i əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,4% azalıb. Nəticədə sektorun ümumi ÜDM-də payı 0,2 faiz bəndi azalaraq 6,7%-dən 6,5%-ə enib. Bu, sektorun iqtisadi artımdakı rolunun nisbətən zəiflədiyini göstərir. Buna baxmayaraq, sektorda məşğulluq müsbət dinamika nümayiş etdirib. 2025-ci ilin sonuna tikinti müəssisələrində çalışan muzdlu işçilərin sayı 1,8% artaraq 119,4 min nəfərə çatıb. Paralel olaraq, investisiya aktivliyi də qorunub: ölkə üzrə əsas kapitala yönəldilən 21,2 milyard manat vəsaitin 16 milyard manatı tikinti-quraşdırma işlərinə sərf olunub ki, bu da illik müqayisədə 0,5% artım deməkdir.Yaşayış evlərinin tikintisinə yönələn investisiyaların artması sektorun əsas drayverlərindən biri kimi çıxış edib. Bu artım həm yüksək bazar tələbi, həm də dövlət və özəl sektorun yeni layihələri ilə bağlıdır. Sənədsiz evlərin leqallaşdırılması prosesinin davam etdirilməsi də bazarda aktivliyi artıran mühüm institusional addım kimi qiymətləndirilir.Daşınmaz əmlak bazarında qiymət artımı davam etsə də, tempin sabitləşməsi müşahidə olunur. Son bir ildə mənzil qiymətləri 12,2% artıb. Bu göstərici ilkin bazarda 12,7%, təkrar bazarda isə 12,2% təşkil edib. Xüsusilə təkrar bazarda artım tempinin zəifləməsi bazarda tələbin daha balanslı mərhələyə keçdiyini göstərir.Qeyd edək ki, Azərbaycanda daşınmaz əmlakın icbari sığortası üzrə yeni konsepsiya hazırlanıb. Azərbaycan Mərkəzi Bankının baş direktoru Vüsal Qurbanovun sözlərinə görə, yeni yanaşmanın əsas məqsədi katastrofik risklərin daha dəqiq qiymətləndirilməsi və mümkün hadisələr zamanı vətəndaşlara daha adekvat sığorta ödənişlərinin təmin edilməsidir.

“Yeni modelə əsasən, sığorta məbləği yaşayış sahəsinin kvadratmetrinə uyğun formalaşdırılacaq. Bu yanaşma əmlakın real bazar dəyərinə daha yaxın sığorta təminatı yaratmağa imkan verəcək. Eyni zamanda, dövlət qurumları ilə inteqrasiya olunmuş elektron platformalar vasitəsilə əmlakın yerləşdiyi ərazi və ölçüsü nəzərə alınaraq sığorta məbləğinin avtomatik hesablanması mümkün olacaq”.

Seçilən
13
metbuat.az

1Mənbələr