Ermənistan ordusunda hərbçi təlim poliqonunda həyatını itirib.
İnterpress.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Ermənistan Müdafiə Nazirliyi hərbi qulluqçu Narek Arşakoviç Akopyanın ölümü ilə bağlı rəsmi məlumat yayıb. Qurumun mətbuat katibi Aram Torosyan öz sosial media hesabında faktı təsdiqləyərək bildirib ki, hazırda hadisənin başvermə səbəblərini və təfərrüatlarını müəyyənləşdirmək üçün müvafiq araşdırmalar aparılır.
Qeyd edək ki, bundan bir qədər əvvəl Ermənistan mediasında hərbi təlim poliqonunda bir hərbçinin ölməsi barədə qeyri-rəsmi xəbərlər yayılmışdı. Nazirliyin rəsmisinin verdiyi son açıqlama isə məhz bu məlumatı təsdiqləyib.
Xuraman Etibarlı
İnterpress.az