AZ

ABŞ "Hizbullah" liderinin tutulması üçün 10 milyon təklif edir

ABŞ "Hizbullah" liderinin tutulması üçün 10 milyon dollar mükafat təklif edir.

Musavat.com xəbər verir ki, Bağdaddakı ABŞ səfirliyi, ABŞ vətəndaşlarının qaçırılması və müxtəlif obyektlərə hücumlarla əlaqəli olduğu iddia edilən İraqdakı Kataib Hizbullah lideri Əhməd əl-Himaydavinin tutulmasına kömək edən məlumata görə, 10 milyon dollara qədər mükafat təklif edəcəyini açıqlayıb. ABŞ-ın Bağdaddakı səfirliyinin yazılı açıqlamasında mükafatın Himaydavinin tutulmasına və ya yerini müəyyən etməsinə kömək edən məlumata veriləcəyi bildirilirdi.

Bəyanatda "Zorakılığı dayandırmağa kömək edin. Himaydavinin qarşısını almağa kömək edin" sözləri yer alıb və ictimaiyyəti əllərində olan hər hansı bir məlumatı hakimiyyət orqanları ilə bölüşməyə çağırılıb.

Bəyanatda həmçinin Himaydavinin fotosu da yer alıb.

Könül
Musavat.com

Seçilən
42
musavat.com

1Mənbələr