AZ

​Türkiyə müxalifəti dağılır: Daha bir istefa

Türkiyənin ana müxalifət təşkilatı olan Cümhuriyyət Xalq Partiyasından (CXP) istefaların ardı-arası kəsilmir.

NOCOMMENT.az xəbər verir ki, CXP-nin təmsil edən daha bir bələdiyyə sədri partiya sıralarını tərk edib.

Yerli medianın yazdığına görə, Antalyanın Serik rayonunun bələdiyyə sədri Kadir Kumbul bu gün CXP-dən istefa verib. Kadir Kumburla birlikdə bələdiyyə məclisinin bir neçə üzvü də təşkilatla yollarını ayırıb.

Bələdiyyə sədrinin yaxın günlərdə Prezident Ərdoğanın lideri olduğu AKP-yə üzv olacağı bildirilir.

Qeyd edək ki, son ilyarımda 20-yə yaxın müxalif bələdiyyə sədri iqtidar partiyasına qoşulub./metbuat.az/

Seçilən
5
1
nocomment.az

2Mənbələr