AZ

Qəbələdə ilin ilk ağacəkmə aksiyasında 800 müxtəlif növ ağac əkilib

Qəbələ, 14 aprel, AZƏRTAC

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Qəbələ şəhər ərazisində ağacəkmə aksiyasına başlanılıb.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Rayon İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, aksiyanın məqsədi ekoloji tarazlığı qorumağa və bölgədə yaşıl sahələrin genişləndirilməsinə töhfə verməkdir. Bununla yanaşı, insanların təbiətə verdikləri dəyəri artırmaq və cəmiyyətdə ekoloji həssaslığın yüksəldilməsi bu aksiyaların əsasını təşkil edir.

Aksiya zamanı bölgənin ekosisteminə uyğun olan və yerli təbiəti zənginləşdirən 500 ədəd çinar və 300 ədəd söyüd ağac növləri əkilib, yaşıllaşdırma zonasında ətraf mühitə uyğun şəkildə təbiətin tarazlığını qorumaq üçün xüsusi diqqət yetirilib.

Müxbir - Rasim İslamoğlu

Seçilən
42
1
azertag.az

2Mənbələr