Almaniyalı hücumçu Niklas Füllkruq icarə əsasında çıxış etdiyi “Milan”da karyerasını davam etdirməyəcək.
90deqiqe.Az xəbər verir ki, “rossoneri” 33 yaşlı mərkəz hücumçunun 5 milyon avro qarşılığında transfer hüquqlarını tam şəkildə almaqda maraqlı deyil.
Füllkruqun hüquqları İngiltərənin “Vest Hem” klubuna məxsusdur.
Cari mövsümdə Almaniya futbolçusu İtaliya A Seriyasında 16 oyuna çıxıb və cəmi 1 qol vurub.
32 turdan sonra “Milan” 63 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.