AZ

Lukaşenko insanları səfərbərliyə ÇAĞIRDI

Lukaşenko vətəndaşları səfərbər olmağa çağırıb.

İnterpress.az xəbər verir ki, bu barədə xarici mətbuat məlumat yayıb.

Belarus Prezidenti Aleksandr Lukaşenko xalqa müraciət edərək, onları “çətin və naməlum dövrü” geridə qoymaq üçün səfərbər olmağa çağırıb.

O bildirib ki, hazırkı vəziyyət olduqca qeyri-müəyyəndir və gələcəklə bağlı dəqiq nəsə demək çətindir:

“Bu çətin günləri adlamaq üçün indidən səfərbər olmaq lazımdır. Özü də bu, tamamilə naməlum bir dövrdür. Mən bir prezident kimi sizi nəyə hazırlayacağımı belə bilmirəm”.

Əlavə olaraq dövlət başçısı vətəndaşlara səslənərək əsas hədəfin yalnız ayaqda qalmaq olmadığını diqqətə çatdırıb:

“Biz yaşamaq üçün işləyirik. Yeganə şüarımız budur — yaşamaq üçün işləyirik. Sadəcə sağ qalmaq üçün yox”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
41
interpress.az

1Mənbələr