AZ

Paris "silkələndi": Prezident sarayında axtarış aparıldı

Fransada ciddi rezonans doğuran hadisə baş verib – hüquq-mühafizə orqanlarının əməkdaşları prezident administrasiyasında axtarış həyata keçirib.

Turkustan.az xəbər verir ki, bu barədə Le Canard enchaîné nəşri məlumat yayıb.

Məlumata görə, müstəntiqləri əsasən “panteonlaşdırma” mərasimlərinə çəkilən xərclər maraqlandırır. Bildirilir ki, hər belə tədbir dövlət büdcəsinə təxminən 2 milyon avroya başa gəlir.

Araşdırma çərçivəsində Shortcut Events şirkətinin fəaliyyəti də yoxlanılır. İstintaq zamanı şirkətin Centre des monuments nationaux, Fransa Mədəniyyət Nazirliyi və Elysée Palace tərəfindən dəstəklənib-dəstəklənmədiyi araşdırılır.

Qeyd edək ki, panteonlaşdırma – ölkənin görkəmli şəxslərinin xatirəsinin əbədiləşdirilməsi məqsədilə onların Panthéonda dəfn olunması və ya rəmzi şəkildə yad edilməsi mərasimidir./musavat.com/

Seçilən
1
2
turkustan.az

3Mənbələr