Çeçenistan lideri Ramzan Kadırov "Rusiyada Sement Sənayesinin İnkişafına Xüsusi Töhfəyə görə" yeni mükafat alıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o özünün Telegram kanalında bildirib.
Region lideri mükafatın ona Sement İstehsalçıları Birliyinin icraçı direktoru Darya Martınkina ilə işgüzar görüş zamanı təqdim edildiyini deyib.
"İşimizə verilən bu cür yüksək qiymətə görə təşəkkür edirəm. Öz tərəfimizdən planlaşdırılan layihələrin uğurla həyata keçirilməsini və sənayenin daha da inkişafını təmin etmək üçün bütün səylərimizi göstərəcəyik", - deyə Çeçenistan lideri bildirib.
Xatırladaq ki, 6 apreldə Kadırov "Elmin İnkişafına Töhfəyə görə" medalını almışdı.