AZ

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Bakı. Trend:

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik ZərifəƏliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilənxalqımız tərəfindən hörmətlə anılır.

Trend akademik Zərifə Əliyevanın anım günündəonun həyat və fəaliyyətinin bəzi məqamlarına nəzər salır.

Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış ZərifəƏliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai vədövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbiolub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı vəqurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu vəsilahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanınbirinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, UluÖndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığıböyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələtəşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonratəhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davametdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-TədqiqatHəkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb vəbütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusəntraxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcədə digər aktual problemə - gözün peşə xəstəliklərinə dairfundamental tədqiqatlar aparmaq, onların effektli müalicəmetodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi.Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyatözü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsinitraxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha genişyayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, gözhəkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətləraparırdı.

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıcdövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu.Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digərterapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusundanamizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyimüalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanınbir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktualproblemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanınıniltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmicəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşəpatologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnızkimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm dəbir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqiilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O,dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasınıaraşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yenibir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyədair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək“Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti”mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibbelmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdarelm xadimi” fəxri adına layiq görülüb. Görkəmli aliminrespublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslıelmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”,“Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yodsənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərlimonoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanınınpeşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlunəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görəona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatıolan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatıverilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasınınhəqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti vəmonoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”,“Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görməsinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözünhipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasınınfiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”,“Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya vəmüdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yollarınfiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşıyollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gündə aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika vəiridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair ikimonoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aidkitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəticəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünüayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O,keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan SülhüMüdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyətiİdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti RəyasətHeyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə vəHeydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü dəçoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı.Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlliüçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.

Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heçbir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin.Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarınaayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hissedirdi”.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqcaçoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma buadlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım ÜmummilliLider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezidentİlham Əliyevin anasıdır.

Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi vəövladlarına olan münasibət də xüsusi idi. Belə münasibətinbənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindənbəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi,analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdənanalar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlarki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz beləanalardan idi.

Məqalədə:
Seçilən
13
18
az.trend.az

10Mənbələr