AZ

İsrail “Hizbullah”ın 3 üzvünü əsir götürüb

İsrail Livanın cənubunda keçirilən əməliyyat zamanı üç “Hizbullah” üzvünün əsir götürüldüyünü bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb. Hadisənin Bint-Cubeyl bölgəsində baş verdiyi qeyd olunur.

Məlumata görə, döyüşdən sonra üç nəfər silahı yerə qoyaraq İsrail hərbçilərinə təslim olub.

Onlardan birinin “Radvan” xüsusi təyinatlı qüvvələrinin üzvü olduğu qeyd edilir.

Bizim.Media

Seçilən
19
11
bizim.media

10Mənbələr