AZ

İsrail və Livan “Hizbullah”ın tərksilahında razılaşıb

ABŞ-də keçirilən danışıqlarda İsrail və Livan tərəfləri “Hizbullah”ın tam tərksilah edilməsinin zəruri olduğu barədə razılığa gəlib.

Musavat.com xəbər verir ki, bu barədə “NBC News” ABŞ Dövlət Departamentinə istinadən məlumat yayıb.

Məlumata görə, görüş zamanı yalnız təhlükəsizlik məsələləri deyil, İranın Livanın gələcəyinə təsir imkanlarının məhdudlaşdırılması mövzusu da müzakirə olunub. Tərəflər bu məsələyə regionda sabitliyin qorunması baxımından xüsusi önəm veriblər.

Bununla yanaşı, ABŞ administrasiyası Livanda köçkün vəziyyətinə düşmüş əhaliyə dəstək məqsədilə 58,8 milyon dollar məbləğində humanitar yardım paketini təsdiqləyib. Bildirilib ki, yardım münaqişədən zərər çəkmiş insanlara çatdırılacaq.

Rəsmi məlumatlara əsasən, İsrail və “Hizbullah” arasında qarşıdurma nəticəsində 1 milyondan çox livanlı məcburi köçkünə çevrilib. Bu səbəbdən Livanda həm təhlükəsizlik, həm də humanitar vəziyyət beynəlxalq gündəmin əsas mövzularından biri olaraq qalır.

 

Musavat.com

Seçilən
14
9
musavat.com

10Mənbələr