AZ

Nikah xərçəngdən qoruyur

ain.az, 525.az portalına istinadən məlumat yayır.

Subay insanlar nikahda olanlarla müqayisədə daha çox xərçəng tuturlar.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu qənaətə Mayami Universitetinin alimləri gəliblər.

Onlar 2015-2022-ci illər aralığında ABŞ-nin 12 ştatında yaşayan 30 yaşından yuxarı onkoloji xəstələrlə bağlı araşdırma aparıblar. Məlum olub ki, heç vaxt evli olmayan və  xərçəng diaqnozu qoyulmuş kişilərin sayı nikahda olanlardan 68 faiz çoxdur. Qadınlarda isə bu göstərici 85 faiz təşkil edib.

Doğrudur, alimlər məhz nikahın xərçəngə birbaşa müsbət təsiri ilə bağlı fikir irəli sürməyiblər. Onlar evli olanların subaylara nisbətən daha az stress keçirdiklərini, daha tez-tez həkim müayinəsinə getdiklərini, içki və siqaretdən az istifadə etdiklərini, daha sağlam həyat tərzi sürdüklərini və bu üzdən xərçəng yaradan risklərin azaldığını bildiriblər.

L.Tağıyrva

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
45
525.az

1Mənbələr