AZ

Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub FOTO

ain.az, Avtosfer portalına istinadən məlumatı açıqlayır.

Sürücü ehtiyatsızlıqdan həyat yoldaşının ölümünə səbəb olub. Avtosfer.az xəbər verir ki, hadisə Rusiyanın Leninqrad vilayətində baş verib.

Məlumata əsasən, 48 yaşlı kişi idarə etdiyi “Hyundai” markalı avtomobillə geriyə manevr edərkən əyləc əvəzinə qaz pedalına basıb. Nəticədə nəqliyyat vasitəsi səki kənarındakı maneəni (bardür) aşaraq qazonda dayanan 54 yaşlı qadının üzərinə çıxıb.

Bakı və Abşeron yarmadasında buz yağır - VİDEO

Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadasının səylərinə baxmayaraq, ağır bədən xəsarətləri alan qadın yerindəcə dünyasını dəyişib.

Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma) cinayət işi başlanılıb.

Bildirilir ki, həyatını itirən qadın və sürücü 16 ildən artıq nikahda olublar. Qonşuların verdiyi ifadələrə görə, ailə daxilində hər hansı münaqişə müşahidə olunmayıb və onlar müsbət xarakterizə edilən bir cütlük olublar.

Şübhəli şəxs barəsində istintaqa gəlmək barədə öhdəlik götürülməklə azadlığa buraxılıb.

Namiq Musayev

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
37
avtosfer.az

1Mənbələr