AZ

Pablo Picassonun əsəri uduşa qoyuldu

Axsham.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Fransanın paytaxtı Paris şəhərində məşhur ispan rəssamı Pablo Picasso-nun orijinal əsərinin oynanılacağı lotereya təşkil olunacaq.

Axşam.az xəbər verir ki, lotereya biletlərinin qiyməti cəmi 100 avrodur. Toplanan bütün vəsait Avropada altsheymer xəstəliyi ilə bağlı tədqiqatların maliyyələşdirilməsinə yönəldiləcək.

Söhbət 1941-ci ildə quaş texnikası ilə kağız üzərində çəkilmiş “Tête de Femme” (“Qadın başı”) adlı abstrakt portretdən gedir. “1 Pikasso 100 avroya” adlı kampaniya çərçivəsində ümumilikdə 120 min lotereya bileti satışa çıxarılıb.

Toplanan vəsaitin 1 milyon avrosu hazırda əsərə sahib olan "Opera Gallery" qalereyasına veriləcək. Qalan məbləğ (təxminən 12 milyon avroya qədər) isə "Alzheimer's Research Foundation" fonduna köçürülərək Avropa üzrə bu xəstəliklə bağlı elmi araşdırmalara dəstək olacaq.

Qeyd edək ki, bu, Pikassonun əsərlərinin lotereya yolu ilə oynanıldığı ilk hal deyil. 2013-cü ildə “L'homme au Gibus” əsərini ABŞ-nin Pensilvaniya ştatından olan bir işçi qazanmışdı. 2020-ci ildə isə “Nature Morte” adlı əsərin sahibi İtaliyadan olan mühasib olmuşdu.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
axsam.az

1Mənbələr