ain.az xəbər verir, 525.az saytına əsaslanaraq.
Çində həkimlər 32 yaşlı kişinin 20 il əvvəl udduğu termometri mədəsindən çıxarıblar.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, qəribə hadisə Çjetszyan vilayətinin Vençjou şəhərində baş verib.
Qarın nayihəsindəki ağrılarla xəstəxanaya müraciət edən Van adlı kişinin müayinə zamanı onikibarmaq bağırsağında yad cism aşkarlanıb. Məlum olub ki, bu, qızdırma ölçmək üçün adi termometrdir. Van 12 yaşında olarkən termometri udduğunu və qorxusundan bu barədə valideynlərini məlumatlandırmadığını bildirib. Sonradan isə "udma prosesi" yaddan çıxıb.
Vençjou Tibb Universitetinin həkimləri endoskopiya yolu ilə Vanı yad cismdən xilas ediblər. Təhlükəli olsa da, əməliyyat uğurla başa çatıb.
Qeyd edək ki, 20 il ərzində termometrə demək olar ki heç nə olmayıb, işlək vəziyyətdədir. Yalnız şkalası pozulub.
L.Tağıyeva
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.