Azxeber.com portalından verilən məlumata əsasən, ain.az bildirir.
Hər gün xaotik vəziyyətin hökm sürdüyü yolda təhlükəli vəziyyət var.AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Binəqədinin mərkəzi kimi tanınan ərazidən gedir.Həmin yolda mütəmadi istifadə edən şəxslər deyirlər ki, əraziyə yaxın məktəbin olması təhlükəni artırır. Hətta bir neçə gün öncə yeni bir qəza olub. Sakinlər təhlükəsizliyin artırılması üçün əlavə tədbirlərin görülməsini istəyirlər. Onlar ərazidə işıqfor, piyada zolağı və digər infrastrukturun yaradılmasıni vacib hesab edirlər.
Məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, sözügedən ərazidə nəqliyyat şəraitinin obyektiv qiymətləndirilməsi məqsədilə müşahidələr və pik saatlarda nəqliyyat intensivliyinin ölçülməsi aparılır. Təhllilər nəticəsində yol hərəkəti təşkilinin vəziyyəti, münaqişəli nöqtələr və piyadaların hərəkət şəraiti qiymətləndirilir. Monitorinqin nəticələrinə uyğun olaraq təklif layihəsi hazırlanaraq razılaşdırılması üçün aidiyyəti qurumlara göndəriləcək.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.