525.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Əfqanıstanda 18 gündə yağan güclü yağışlar 189 nəfərin ölümü ilə nəticələnib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Təbii fəlakətlərlə mübarizə milli idarəsinin nümayəndəsi Mohammad Yusif Hammad bildirib.
Daşqınlar və torpaq sürüşmələrinin 1303 evi dağıtdığını, 5800 evin ziyan gördüyünü söyləyən Hammad 253 nəfərin müxtəlif dərəcəli bədən xəsarətiləri aldığını da qeyd edib.
Xatırladaq ki, martın 25-dən başlayan leysan yağışlar güclü küləklə müşayiət olunub və ciddi dağıntılara səbəb olub.
L.Tağıyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.