"Pumas"da çıxış edən "Qarabağ"ın sabiq qolçusu Olavio Juninyo Meksika klubunda növbəti qolunu vurub.
Sportinfo.az xəbər verir ki, braziliyalı hücumçu 14-cü turda "Mazatlan"la keçirilən görüşdə fərqlənib.
O, 3:1 hesabı ilə qalib gəldikləri matçda komandasının 2-ci qolunu vurub. Bu, onun yanvar ayından çıxış etdiyi "Pumas"da 14-cü oyununda 6-cı qoludur.
29 yaşlı forvard bu müddətdə 3 qol ötürməsi də edib. Hazırda "Pumas" 27 xalla 4-cü pillədədir.