AZ

Vüsal oynadı, komandası “Partizani”yə uduzdu

Millimizin vingeri Vüsal İsgəndərlinin də formasını geyindiyi "Partizani" Albaniya Superliqasında 31-ci turun oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, komanda səfərdə “Elbasani” ilə qarşılaşıb. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.

Meydana start heyətində çıxan Vüsal İsgəndərli 62-ci dəqiqədə Dieqo Contrerasla əvəzlənib.

Hazırda turnir cədvəlində "Partizani" 44 xalla 5-ci yerdədir.

"Elbasani" - "Partizani" 3:0
Qollar:
Ze Qomes, 56, Blaise Tsaque, 89, Klevis Kasa, 90+3

Seçilən
11
50
sportinfo.az

10Mənbələr