Bakı. Trend:
UNESCO-nun mənzil-qərargahında təşkilatın İcraiyyə Şurasının224-cü sessiyası işinə başlayıb.
Trend-in məlumatına görə, sessiya çərçivəsində keçirilən plenardebatlar zamanı Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi,səfir Elman Abdullayev ölkəmizin milli bəyanatını səsləndirib.Milli bəyanatda UNESCO-nun fəaliyyətində institusionalsəmərəliliyin, şəffaflığın və hesabatlılığın daha dagücləndirilməsinin vacibliyi vurğulanaraq, təşkilatın prioritetləriilə mövcud resurslar və icra mexanizmləri arasında uyğunluğun təminedilməsinin əhəmiyyəti qeyd olunub. Eyni zamanda, qlobal çağırışlarfonunda UNESCO-nun təhsil, elm və mədəniyyət sahələrində dialoq vəəməkdaşlığın təşviqində oynadığı mühüm rol diqqətə çatdırılıb.
Təşkilat daxilində üzv ölkələr ilə katiblik arasındakoordinasiyanın gücləndirilməsinin zəruriliyi vurğulanaraq, buistiqamətdə aparılan islahatların əhəmiyyəti qeyd edilib.Bildirilib ki, dəyişən qlobal mühit şəraitində qarşılıqlı anlaşma,dialoq və əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir vəUNESCO-nun mandatı bu sahədə xüsusi rol oynamağa imkan verir.
Bəyanatda ötən ilin oktyabr-noyabr aylarında Səmərqənd şəhərindəkeçirilən UNESCO Baş Konfransının 43-cü sessiyasının uğurlukeçirilməsinə görə Özbəkistan tərəfinə təşəkkür edilib.
Daimi Nümayəndəlik tərəfindən ölkəmizin Qrup 77 və Çin Parisbölməsi, eləcə də UNESCO-da fəaliyyət göstərən Türk DövlətləriQrupu adından da bəyanatlar səsləndirilib.
Qrup 77 və Çin adından səsləndirilmiş bəyanatda çoxtərəfliliyə,beynəlxalq əməkdaşlığa və həmrəyliyə sadiqlik bir dahatəsdiqlənərək, inkişaf etməkdə olan ölkələrin prioritetlərininirəli aparılmasında kollektiv fəaliyyətin əhəmiyyəti vurğulanıb.Eyni zamanda, Dayanıqlı İnkişaf Məqsədi 4 çərçivəsində inklüziv vəkeyfiyyətli təhsilin təşviqi, təhsilin ana dilində verilməsininəhəmiyyəti, eləcə də təhsilin davamlı inkişafın əsas hərəkətvericiqüvvəsi kimi rolu qeyd olunub.
Bəyanatda, həmçinin UNESCO-nun qlobal prioritetləri olan Afrikavə gender bərabərliyi, eləcə də inkişaf etməkdə olan kiçik adadövlətlərinin (SIDS) və gənclərlə bağlı təşəbbüslərə dəstək ifadəolunub. Təşkilatın proqram və büdcə çərçivəsində üzv dövlətlərədaha güclü dəstək göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.UNESCO 80 Yol Xəritəsinə dəstək ifadə edilərək bildirilib ki,inkişaf etməkdə olan ölkələrin fikirlərinin qərar qəbuletməproseslərində əks olunmalıdır.
Türk Dövlətləri Qrupu adından səsləndirilən bəyanatdaçoxtərəfliliyin gücləndirilməsi, türk dövlətləri arasında ortaqtarixi və mədəni irsin qorunması və təşviqi, eləcə də UNESCOçərçivəsində birgə təşəbbüslərin irəli sürülməsi xüsusi qeydedilib. İrqçilik, ayrı-seçkilik, ksenofobiya və nifrət nitqinəqarşı mübarizənin əhəmiyyəti diqqətə çatdırılaraq, iqlimdəyişikliyi, su təhlükəsizliyi və davamlı inkişaf kimi qlobalçağırışlara qarşı elmi əməkdaşlığın gücləndirilməsinin vacibliyibildirilib.
Həmçinin, rəqəmsal transformasiya və süni intellektin etikistifadəsi məsələlərinə toxunulan bəyanatda qeyd edilib ki, türkdünyasının dil və mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasıvacibdir.
Qeyd edək ki, UNESCO tarixində ilk dəfə Türk Dövlətləri Qrupuadından bəyanat səsləndirilib.
UNESCO İcraiyyə Şurasının 224-cü sessiyası aprelin 23-də başaçatacaq.