BAKI, 15 aprel. TELEQRAF
ABŞ prezidenti Donald Tramp NATO müttəfiqlərinin Vaşinqtona dəstək vermədiyini bildirib.
Teleqraf xəbər verir ki, o, bu barədə “Truth Social” platformasında paylaşım edib.
“NATO bizimlə olmadı və gələcəkdə də olmayacaq”, - deyə Tramp qeyd edib.
ABŞ lideri həmçinin vurğulayıb ki, Vaşinqton gələcəkdə alyansdan yardım gözləməməlidir.