AZ

"Barselona" Çempionlar Liqasında antirekord müəyyənləşdirdi

"Barselona" UEFA Çempionlar Liqasında buraxılan qollar seriyasının davamlılığı üzrə İspaniya klubları üçün antirekord müəyyənləşdirib.
 
Lent.az "Squawka"ya istinadən xəbər verir ki, Hans-Diter Flikin komandası turnirin 1/4 finalının cavab oyununda "Atletiko Madrid"dən qol buraxıb.
 
Bununla da "Barselona" Çempionlar Liqasında ardıcıl 15 matçda qol buraxan ilk İspaniya komandası olub.
 
Kataloniyalılar turnirdə sonuncu dəfə qol buraxmadıqları matçı ötən ilin aprelində "Borussiya Dortmund"a qarşı keçiriblər (4:0).
 
Seçilən
18
50
moderator.az

10Mənbələr