AZ

Hormonal dərmanlar xərçəng yaradır? Onkoloq açıqladı

ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Müasir hormonal preparatların yumurtalıq xərçənginin inkişafı ilə hər hansı sübut olunmuş əlaqəsi yoxdur".Demokrat.az xəbər verir ki, bu barədə N.N. Bloxin adına Milli Tibbi Tədqiqat Onkologiya Mərkəzinin onkoloqu, tibb elmləri namizədi Aleksey Rumyantsev məlumat verib.Həkim bildirib ki, əksər hallarda yumurtalıq xərçəngi hormondan asılı şişlər qrupuna daxil deyil.“Yumurtalıq xərçəngi əslində ümumi anlayışdır. Çünki eyni orqanda müxtəlif növ bədxassəli törəmələr inkişaf edə bilər. Ən çox rast gəlinən forma isə yüksək dərəcəli seroz karsinomalardır ki, bunlar da birbaşa hormonlardan asılı deyil. Hormonal fon şişin inkişaf mərhələsində müəyyən rol oynaya bilər, lakin şiş artıq yarandıqdan sonra onun gedişatına ciddi təsir göstərmir”, - deyə onkoloq qeyd edib.Onkoloqun sözlərinə görə, bəzi hormonal amillər xəstəliyə meyillilik yaratsa da, bu, təkbaşına xərçəngin yaranması üçün kifayət edən səbəb deyil:“Müasir preparatlardan qorxmağa ehtiyac yoxdur. Hazırda elm konkret bir şəxsdə niyə bədxassəli şişin yaranması sualına dəqiq cavab verə bilmir. Bu, təkcə yumurtalıq xərçənginə deyil, bütün onkoloji xəstəliklərə aiddir”.Qeyd edək ki, son illərdə aparılan araşdırmalar hormonal terapiyanın düzgün təyinatla istifadə edildiyi təqdirdə risklərin minimum olduğunu göstərir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
15
demokrat.az

10Mənbələr