Amerika Prezidenti Donald Tramp ABŞ ilə İran arasındakı münaqişənin sona yaxınlaşdığını, lakin hələ bitmədiyini bildirib.
“İki sahil” xəbər verir ki, Ağ Ev rəhbəri bu barədə "Fox News"a müsahibəsində deyib.
"Düşünürəm ki, sona yaxınlaşır, bəli", - o deyib.
Telekanal müsahibənin fraqmentlərini yayıb və tam versiyası daha sonra yayımlanacaq. Jurnalist Mariya Bartiromo daha əvvəl Trampın İran münaqişəsinin bitdiyini elan etdiyini bildirib.
"Hələ qurtarmamışıq. Görək nə olacaq. Düşünürəm ki, onlar razılaşma əldə etməyi çox istəyirlər", - Tramp deyib. O, əlavə edib ki, Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq üçün İrana hücum etməli olub: "Onların diqqətini yayındırmalı idim, çünki etməsəydim, hazırda İran nüvə silahına sahib olardı".