AZ

32 yaşlı kişinin qarnından 20 il əvvəl udduğu termometr çıxarıldı

Qarın ağrısından şikayət edərək xəstəxanaya müraciət edən 32 yaşlı çinli kişi ağrılarının səbəbini öyrənəndə şoka düşüb.

Bu barədə "South China Morning Post" nəşri məlumat yayıb.

Həkimlər müayinə zamanı pasiyentin onikibarmaq bağırsağında yad cisim - 20 il əvvəl udulmuş civəli termometr aşkar ediblər. Məlum olub ki, cihazın ucu birbaşa bağırsaq divarına təzyiq etdiyi üçün perforasiya (deşilmə) və güclü daxili qanaxma riski yaranıb.

Zərərçəkən bildirib ki, 12 yaşında olarkən termometri təsadüfən udub, lakin valideynlərinin danlayacağından qorxduğu üçün bu barədə heç kimə məlumat verməyib.//Oxu.az

Çində

 
Seçilən
19
musavat.com

1Mənbələr